Sandersin əlcəkləri kütləvi şəkildə istehsal olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Sandersin əlcəkləri kütləvi şəkildə istehsal olunacaq

Dünya

01 Fevral 2021 07:23 715


ABŞ senatoru Berni Sandersin Co Baydenin andiçmə mərasimində geyindiyi və sosial mediada populyarlaşan yun əlcəkləri artıq kütləvi şəkildə istehsal olunacaq.

“Haber Global”ın məlumatına görə, əlcəkləri toxuyan Cen Ellis, artan tələbatı ödəmək üçün “Vermont Teddy Bear” şirkəti ilə ortaq olduğunu açıqlayıb.

Qeyd edək ki, ABŞ-ın yeni prezidentinin andiçmə mərasimində çəkilmiş Sandersin fotosu artıq yaşlı senatora 2 milyon dollar qazandırıb. O, bu vəsaiti xeyriyyə məqsədləri üçün xərcləyəcəyini bəyan edib. pizza mizza

Əlcəkləri ona hədiyyə edən müəllimə Cen Ellis isə “Senatorun bu əlcəkləri hələ də geyməsindən çox qürur duyuram və xoşbəxtəm”, - deyə bildirib.

Ətraf mühitin qorunması məsələlərinə böyük əhəmiyyət verən Sandersin əlcəkləri köhnə, təkrar emal edilmiş yundan toxunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!