“Gürcüstanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda heç bir rol oynaya bilməyəcək".
Yenisabah.az “Georgia Online”a istinadla xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
"Sanksiyalar heç bir nəticə vermir və bunu tamamilə hamı etiraf edir”, – deyə Kobaxidze vurğulayıb. Pepperoni pizza
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti bütün diqqətini təxribatdan yayınmağa, dövlətə ciddi ziyan vura biləcək addımlar atmamağa cəmləyib:
"Bu praqmatik siyasət dövlətimizi, ölkəmizi və xalqımızı qorumağa davam edəcək".
Baş nazir İrakli Qaribaşvili daha əvvəl bəyan etmişdi ki, Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulmayacaq, çünki bu, ölkənin milli maraqlarına ziddir və Ukraynada hərbi əməliyyatları dayandıra bilməz.
Telegram kanalımız