Sankt-Peterburqdakı terror aktının və Vladlen Tatarskinin (Maksim Fomin) qətlinin təşkilatçıları Ukrayna xüsusi xidmət orqanları və onların agentləri, o cümlədən xaricdəki rusiyalı müxalifətçilər olub.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya FSB-sinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Məlum olub ki, Maksim Fomin və Darya Trepovanın qətlini Ukrayna diversiya-terror qruplaşmasının üzvü, Ukrayna vətəndaşı, 1987-ci il təvəllüdlü Yuri Denisov hazırlayıb və ona Moskvadakı əlbiri ilə gips büstünün altında gizlədilmiş partlayıcı qurğu verib”, - məlumatda deyilir. Dominos pizza
FSB-nin məlumatına görə, 2023-cü ilin fevralında Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə Denisov Latviya ərazisindən keçməklə Kiyevdən Moskva vilayətinə gəlib və orada hərbi müxbir Vladlen Tatarskinin həyat tərzi və səfər yerləri haqqında məlumat toplayıb.
“Bu məqsədlə o, avtomobil alıb və onun yaşadığı evin yaxınlığında mənzil kirayələyib. Aprelin 3-də baş vermiş terror aktından sonra Denisov Ermənistan ərazisindən keçməklə Rusiyanı tərk edərək Türkiyəyə gedib”, – FSB bildirib.
Xatırladaq ki, aprelin 2-də Sankt-Peterburq kafelərindən birində partlayış baş vermiş, nəticədə rusiyalı hərbi müxbir Vladlen Tatarski həlak olmuşdu. Tatarskiyə bomba quraşdırılmış heykəlcik hədiyyə edən rusiyalı Darya Trepova terror törətməkdə şübhəli bilinir. Trepova partlayışdan təxminən bir gün sonra Sankt-Peterburqda kirayə qaldığı mənzildə həbs edilib.
Telegram kanalımız