“Şanlı ordumuzun cəsur əsgərləri ədaləti bərpa edəcək“   - Teymur Rəcəbov

saytların hazırlanması

Evə çatdırılma

“Şanlı ordumuzun cəsur əsgərləri ədaləti bərpa edəcək“ - Teymur Rəcəbov

İdman

03 Oktyabr 2020 12:59 1255


"Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün şəxsi "Instagram" səhifəsində payılaşıb.

Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 33 yaşlı qrossmeyster Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınadığını vurğulayıb: pizza hut

"Erməni işğalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər"!

Rəcəbov sonda isə "Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq"! yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!