Şantaja görə həbs edilən müğənnidən xəbər var 

saytların hazırlanması

Evə çatdırılma

Şantaja görə həbs edilən müğənnidən xəbər var 

Sosial

23 Oktyabr 2019 12:21 846


Bakı Apelyasiya Məhkəməsində şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Məmmədov Səfa Şəfa oğlunun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlillləri araşdırılıb.

Məhkəmə baxışı noyabrın 5-ə təyin edilib.  Dördpendirli pizza

İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi  S.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!