“Sapıqlar gününü sevgililər günü kimi millətə sırımaq istəyirsiniz?“   - Əməkdar jurnalistdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Sapıqlar gününü sevgililər günü kimi millətə sırımaq istəyirsiniz?“ - Əməkdar jurnalistdən etiraz

Maraqlı

04 Fevral 2022 11:31 938


"Yenə başladınız? A kişilər (elə xanımlar da), nə sevgililər günüymüş o? 14 fevral sapıqlar gününü yenə də sevgililər günü deyib millətə sırımaq istəyirsiniz? Sırımaq istəyənləri anladıq. Bəs bu günü bəhbəhlə gözləyənlərə nə deyək? Birdəfəlik bilin, anlayın artıq. Bu gün öz məhsullarını sizin kimi saf insanlara daha baha qiymətə satmağı fürsət bilənlərin günüdür".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Azər Həsrət özünün facebook hesabında yazıb. Jurnalist qeyd edib ki, hətta bu işin "memarları" da bilir ki, 14 fevralın sevgiyə və sevgililərə heç dəxli də yoxdur:

"Amma bu fürsətçilər fikirləşir ki, nə olur olsun, təki alverimiz getsin. Aldanmayın və insanların da başını belə ayıb işlərlə qatmayın. Əsl sevgililər gününü hər kəs özü üçün müəyyən edə bilər. Əgər bunu ümummilli səviyyədə qeyd etmək istəyrisinizsə, 20 yanvar 1990-cı ildə rus işğalı sonucu Bakıda qətlə yetirilmiş İlhamla onun yoxluğuna dözməyib intihar edən sevgilisi Fərizənin toy günü - 30 iyunu qeyd edin də". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!