Saqatelyan: “2500-dən çox müxalifətçi polis bölmələrində saxlanılır“

saytların hazırlanması

Evə çatdırılma

Saqatelyan: “2500-dən çox müxalifətçi polis bölmələrində saxlanılır“

Rəsmi

06 İyun 2022 09:43 949


Ermənistanın 2 500 nəfərə yaxın müxalifət fəalı polis bölmələrində saxlanılır.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan "Facebook" səhifəsində yazıb.

O bildirib: “İndiyədək müqavimət hərəkatının 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə aparılıb. Lakin bilirik ki, onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. Faktiki olaraq saxlanılanların sayı 2 500 nəfərə yaxındır”. Pepperoni pizza

Aprelin 25-dən indiyədək 48 vətəndaş həbs edilib. İndi məhkəmələr həbslə bağlı vəsatətlərə baxır: “Demokratiya qalası”nda (hərəkatdan əvvəl saxlanılanlar da daxil olmaqla) 5-ə yaxın siyasi məhbusun olması faktdır”.

Saqatelyan iddia edib ki, həbs edilən və saxlanılan vətəndaşların ittihamları əsassız və ya qanunsuzdur:

“Eyni zamanda, bütün internet şəbəkəsi, mətbuat polisin qanunsuzluqları, vəhşilikləri və qeyri-insani rəftar faktlarını təsdiqləyən kadrlarla doludur. Buna baxmayaraq hələ də heç bir polis əməkdaşı törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməyib”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!