Ermənistan Milli Məclisinin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan hökumətin yeni kapitulyasiyaya hazırlaşdığını açıqlayıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə müxalifətçi “Facebook” hesabında yazıb.
“Nikol və onun komanda yoldaşlarının siyasəti əvvəldən bəlli idi: sülh dövrünün saxta gündəmi ilə “Artsax”ı, Süniki (Qərbi Zəngəzur) və ümumiyyətlə, bütün Ermənistanı düşmənə vermək. pizza hut
Aylar əvvəl xəbərdar etdiyimiz şeyi bu gün artıq reallaşdırmağa çalışırlar. Nikol Paşinyanın rejimi açıq şəkildə Azərbaycanın maraqlarına xidmət edir və Ermənistana yeni kapitulyasiya tətbiq etməyə hazırlaşır.
Məhz bu xain plandır ki, biz birgə qüvvələrlə qarşısını almalıyıq və qarşısını alacağıq”.
Telegram kanalımız