“Brüsseldəki dünənki görüşdən sonra biz bir daha gördük ki, Ermənistan və “Artsax”ın beynəlxalq platformalarda maraqlarını müdafiə edən heç bir nümayəndəsi yoxdur”.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistandakı “Müqavimət” hərəkatının lideri, deputat İşxan Saqatelyan “Facebook” səhifəsində yazıb.
O, postunda qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşə öz gündəliyi ilə gəlmişdi və əslində, o, qarşısında duran bütün problemləri həll etdi. Nikol isə faktiki olaraq düşmənin əmrini qəbul edərək, sülh gündəmi deyilən şey haqqında danışmağa davam edir. Marqarita pizza
Hörmətli həmvətənlər, bütün bunları qeyd edərək, aydın şəkildə dərk etməliyik ki, iki erməni “dövləti”nin və xalqımızın mənafeyini qoruyan yeganə platforma Fransanın meydanı olmaqda davam edir. Hər zamankindən daha çox irsimizə sahib çıxmaq vəzifəsi millətimizin üzərinə düşən vəzifəyə çevrilir.
Sentyabrın 2-də siz Fransa meydanında olmalısınız ki, dünyaya, düşmənlərə və onların Ermənistanda hakimiyyətdə olan müttəfiqlərinə erməni millətinin “Artsax”ı tərk etmədiyini və erməni millətinin öz vətəninə sahib olduğunu nümayiş etdirin. Birinci “Artsax” müharibəsində qalib gəlmiş qəhrəmanların nəsli hələ də vətənimizdə yaşayır və onu qurmağa hazırlaşır. Milli maraqlarımızı, Ermənistanı və “Artsax”ı qorumaq hər birimizin borcudur və şərəfidir.
Ona görə də sabah saat 19:30-da Fransa meydanında görüşəcəyik”.
Telegram kanalımız