İllərdir saqqalını qırxmayan qadının son halı hər kəsi təəccübləndirib.
Yenisabah.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan Larae Perkins 12 yaşından yumurtalıqların polikistoz sindromuna görə həddən artıq tüklənmə ilə mübarizə aparır. Eyni problemi olan digər qadınları ruhlandırmaq üçün Perkins saqqalını qırxmağı dayandırıb. Saqqalı uzanan qadının paylaşımlarından sonra sosial şəbəkə istifadəçiləri sərt tənqidlər yazıblar.
Saqqalı ilə barışdığını və özünü bu şəkildə sevdiyini dilə gətirən 40 yaşlı Perkins hazırda saqqalını sevdiyini və onu heç vaxt qırxmayacağına söz verib. Marqarita pizza
O deyib: "Bəli, mən qızam. Başqalarının fikir və şərhlərinə baxmayaraq, saqqalımı sevdim. Başqalarına nümunə olmaq istəyirəm. Hər kəs ilk növbədə özünü sevməyi öyrənməlidir”.
İmamət İSMAYILOVA
Telegram kanalımız