Peşəkar tennis kariyerasını 2020-ci ildə yekunlaşdıran Mariya Şarapova ABŞ vətəndaşı ola bilər. 1994-cü ildən Amerikada yaşayan 38 yaşlı Şarapova hazırda Rusiya vətəndaşıdır.
Yenisabah.az xəbər verir ki, “Sugarpova” adlı şirniyyat şirkətinin sahibi olan veteran idmançı ABŞ-dəki sahibkarlıqla bağlı qəbul olunmuş yeni qaydalardan sonra bu qərara gəlib. Şarapovanın “Monkler” kimi bir sıra tanınmış şirkətlərdə də ciddi səhmləri mövcuddur.
Kariyerası boyunca 5-i Qrand Slem olmaqla, 36 kubok qazanan Şarapova eyni zamanda dünyanın ən gözəl xanımlarından biri hesab edilir. Sezar pizza
Telegram kanalımız