Saraydakı modul tipli xəstəxanada koronavirus xəstələrinin müalicəsinə başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Saraydakı modul tipli xəstəxanada koronavirus xəstələrinin müalicəsinə başlanıldı

Sosial

30 İyun 2020 15:29 6554


Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxanada COVİD-19 virusuna yoluxmuş xastələrin müalicəsinə başlanılıb.  

Yenisabah.az bildirir ki, sözügedən müalicə müəssisəsində quraşdırılan avadanlıqlar koronavirusa tutulmuş insanların tez bir zamanda sağalmasına imkan verir. Xəstəxanada yerləşdirilən pasiyentlər burada yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, cari ilin iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Onların arasında Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi də yer alır. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Məlumat üçün bildirək ki, modul tipli xəstəxananın qurulması üçün mütəxəsislər Türkiyədən dəvət olunub.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aynurə
    Tibb bacısı işləmişəm Ozonoterapiya plazmafarez EKQ ginekologiya reanimasiya şöbələrin bilirəm
    4 years ago
  • Lamiye
    Salam.Men sizin modulda islemek isteyirem.Tecrubem var .1il korona xestelerine baxmisam.Tibb bacisiyam hemde xeste baxici islemisem.Xais edirem mene komeklik edin
    4 years ago
  • Feride Haqverdiyeva
    Xesdexananiz dağilsin atami bunlar öldurdu xesdexana deyil bura nezaretsizlik baş alib gedir burda ancaq rüşvet alirlar atami oldurub meyidin başinin usdünde nalayiq soyusler tekkirler danişiblar hamisi ses yazilari vidyo görüntüler var bir başa prezidente müraciyet etmisem bu meseleyle bağli tebib kördu hara baxir bu banditxanada özbaşinalixdir hec kimi göndermeyin bura qatildir burda calisan hekime oxsar serefsizler
    5 years ago
  • Айнур
    Salam. Men anami sizin xestexanaya yerlesdirmek isteyirem. Yalvariram komek edin. Veziyyeti coox agirdi
    5 years ago