Sarkisyan 500 min dollar qarşılığında vətəndaşlığını dəyişib

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan 500 min dollar qarşılığında vətəndaşlığını dəyişib

Rəsmi

18 Mart 2022 23:39 597


Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə hetq.am bu cür əməliyyatlarla məşğul olan “Henley and Partners” şirkətindən ona daxil olan sənədlərə istinadən məlumat yayıb. Bildirilir ki, Sarkisyan hələ 2013-cü ildə ada dövlətinin vətəndaşı olub. Bu isə Ermənistan Konstitusiyasına ziddir.

Belə ki, qanuna əsasən yalnız son 6 ildə Ermənistan vətəndaşı olan şəxs ölkə prezidenti seçilə bilər və Sarkisyan bu posta 2018-ci il martın 2-də seçilib. Bu il yanvarın 23-də istefa verdikdən bir gün sonra onun Sent-Kits və Nevisin vətəndaşı olduğu üzə çıxıb. /Qafqazinfo Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!