Sarkisyan həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan həbs edildi

Dünya

09 İyul 2025 20:26 26486


Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyan iki ay müddətinə həbs edilib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.

Hakim Sarkisyanın azadlıqda olarkən istintaqın gedişatına təsir edə biləcəyinə görə onun barəsində həbs qərarı çıxarıb. Dominos pizza

O, "konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda" ittiham olunur.

Qeyd edək ki, ötən gün Ermənistan parlamenti Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib. Sisianın (Qarakilsə) keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq. Arxiyepiskop “hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamağa” cəhddə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!