Sarkisyan seçkilərə Vanetsyanla ittifaqda gedir

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan seçkilərə Vanetsyanla ittifaqda gedir

Rəsmi

30 Aprel 2021 01:52 1012


Ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Ermənistan Respublika Partiyası (ERP) 20 iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkilərində Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Vətən” partiyası ilə ittifaqda iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə ERP-nin vitse-prezidenti Armen Aşotyan deyib.

"ERP növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə, bu ümummilli prosesdə iştirak etmək qərarına gəlib. Mümkün iştirak formatlarının və əməkdaşlığa dair mövcud təkliflərin ümumiləşdirilməsi nəticəsində "Vətən" Partiyası ilə seçkiqabağı alyansın formalaşdırılması prosesinə başlamaq qərara alınıb", - deyə o bildirib. pizza mizza

Xatırladaq ki, Nikol Paşinyan aprelin 25-də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün baş nazir vəzifəsindən istefa verdiyini bəyan edib. Bununla belə, seçkilərə qədər Nazirlər Kabinetinə rəhbərliyi davam etdirəcək. Paşinyanın ardınca texniki prosedur çərçivəsində ölkə hökuməti də istefaya gedib. Paşinyan artıq bildirib ki, hökumət başçısı vəzifəsinə "Vətəndaş müqaviləsi" Partiyasından namizəd olacaq./Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!