Sarkisyan və qızları məhkəməyə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan və qızları məhkəməyə çağırıldı

Maraqlı

19 Yanvar 2023 16:38 838


Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və onun qızları Anuş Minasyan ilə Satenik Sarkisyan qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddia çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıb. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prosesə Aşxen Qarslyan hakim təyin edilib. 

Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan və onun həyat yoldaşının da qanunsuz aktivlərinin müsadirə edilməsi prosesi gedirdi. Onlar da antikorrupsiya məhkəməsinə dəvət olunublar.  Marqarita pizza

Bu gün məhkəmə iclası keçirilir, prosesdə Sarkisyan ailəsinin vəkili Amram Makinyan başda olmaqla onun müdafiəçiləri iştirak edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!