"Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müxalifətin bu gün Azadlıq meydanında keçirəcəyi mitinqdə iştirak edəcək".
Yenisabah.az “Past”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar Partiyasının “Facebook” səhifəsində məlumat verilib.
“Ermənistanın ikinci prezidenti Robert Koçaryana gəlincə, onun Tsaxkadzorda xizək sürərkən yıxılaraq xəsarət aldığı məlum olub. Koçaryanın xəstəxanaya yerləşdirilməməsinə baxmayaraq, ev şəraitində müalicə olunur”, - deyə açıqlamada qeyd olunub.
Telegram kanalımız