Sarqsyanın əmlakına qoyulmuş həbs qərarı qüvvədə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sarqsyanın əmlakına qoyulmuş həbs qərarı qüvvədə saxlanıldı

Dünya

19 Mart 2021 17:17 906


Vaqe Misakyanın sədrliyi altında keçən Yerevan Ümumi Məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın əmlakına qoyulan həbsin götürlməsii ilə bağlı vəkilin vəsatətini təmin etməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə hakim Vaqe Misakyan məlumat verib.

Bir müddət əvvəl Sarqsyanın vəkili Ruben Akopyan bildirmişdi ki, müstəntiq Serj Sarqsyanın ümumi dəyəri 1 milyon 18 min 790 ABŞ dollar olan daşınan və daşınmaz əmlakının, maliyyə resurslarının, aksiya və qiymətli kağızlarının həbsinə nail olub. Marqarita pizza

Serj Sarqsyana qarşı cinayət işi 2019-cu ildə başlayıb. İstintaqa əsasən, Sarqsyanın 2013-cü ildə etdiyi himayədarlıq nəticəsində “Fleş” adlı şirkət tenderin qalibi olub. Bunun nəticəsində dövlətə 1 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Sarqsyanın dilindən yaşyış yerini tərk etməmək barədə iltizam alınıb.

Vəkil Ruben Akopyan keçmiş prezidentin sadalanan əmlakına qoyulan həbsin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!