Satia, Meysən, Aureleya... - Uşaqlara bu adları qoymaq istədilər

saytların hazırlanması

Evə çatdırılma

Satia, Meysən, Aureleya... - Uşaqlara bu adları qoymaq istədilər

Sosial

04 Mart 2020 16:58 240


Bu il Azərbaycanda valideynlər tərəfindən uşaqlara qoyulması tövsiyə edilməyən adlar açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyat orqanlarına müraciətlər edilərkən, məsələn, Satia, Meysən, Vulkan, Leysan, Tayfun, Meynə, Aureleya və digər bu kimi adların qoyulması tövsiyə edilməyib. Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat şöbələrinə yeni doğulan uşaqlara ad qoyulması ilə bağlı müraciət edən vətəndaşlara adətən milli adlara üstünlük verilməsi tövsiyə olunur: "Valideynlərə övladlarına gülüş doğuran, çətin tələffüz olunan, uşağın mənafeyinə xələl gətirə biləcək və yaxud cinsinə uyğun gəlməyən ad seçməmələri məsləhət görülür". Eyni zamanda, yeni doğulan uşaqlara ad qoyulmasında valideynlərə kömək göstərilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən "Adın mənası" elektron xidməti vasitəsilə Azərbaycan adları, onların mənası və izahı, əhali arasında yayılma səviyyəsi və s. barədə informasiya almaq mümkündür.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!