“Satqınlara, söyüş söyənlərə ar olsun” – Adil Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Satqınlara, söyüş söyənlərə ar olsun” – Adil Əliyev

Siyasət

24 İyul 2020 08:07 1137


“Ölkəmizə qarşı baş verən Erməni təxribatına səssiz qalmayan və dünyanın müxtəlif ölkələrində bu təcavüzə diqqət çəkən həmvətənlilərimizlə fəxr etməmək mümkün deyil”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. O, bildirib ki, Brüsseldə, Los Ancelesdə erməni vandalları tərəfindən həmyerlilərimiz hücumlara məruz qalır. 

“Artıq bütün dünya görür ki, Ermənistan dövləti şovinizmi dövlət siyasəti səviyyəsində aparır. Habelə baş verənlərə görə həm ABŞ-da, həmdə Belçikada hadisələri törədən ermənilər saxlanılmış, onların törətdikləri cinayətlərə görə ədalətli cəza alacaqlarına güman edirəm. Xəsarət alan həmvətənlilərimizə Allahdan şəfa diləyirəm.. Marqarita pizza

Fürsətdən istifadə edib, bir məsələyə münasibət bildirmək istıyirəm. Aydın məsələdir ki, Azərbaycanımızı, inkişaf etmiş, güclü dövlət kimi, görmək istəməyən dövlətlər var, keçmişdə də olub, gələcəkdə də olacaq. Ancaq mən, sapı özümüzdən olan baltaların, öz Dövlətinə, millətinə qarşı düşmənçəliyini başa düşmürəm. Hələki bu satqın başı boş, vətəndaşlarımız düşmən dəyirmanına su tökəcək, öz dövlətinə, millətinə, ölkəsinə qarşı kampaniya aparacaq, biz belə təklənib, hücumlara məruz qalacağıq. Satqınlara, söyüş söyənlərə ar olsun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!