Savaşın 718-ci günü- Ukraynada bir gecədə bunlar baş verdi   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Savaşın 718-ci günü- Ukraynada bir gecədə bunlar baş verdi - FOTOLAR

Hadisə

11 Fevral 2024 12:08 494


Ukraynada kamikadzelərin gecə həyata keçirdiyi hücumlar nəticəsində bir çox şəhərlərdə yanğın başlayıb. 

Yenisabah.az xəbər verir ki, Kiyev vilayətində dağıntılar nəticəsində müəssisələrdən birində yanğın baş verib. Anbarlara, texniki xidmət stansiyasına, anqara, müəssisənin inzibati binasına, minik avtomobilinə və yük maşınına da ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.

Dnepropetrovsk vilayətində də partlayış nəticəsində yanğın baş verib, 39 yaşlı kişi xəsarət alıb. Vəziyyəti qənaətbəxşdir və müalicəsini evdə davam etdirəcək. Dominos pizza

Nikolayev vilayətində infrastruktur obyektinə ziyan dəyib və yanğın başlayıb. Partlayış dalğası ətrafdakı yaşayış binalarına, şəxsi avtomobillərə və qaz xəttinə ziyan vurub. Bu hadisə nəticəsində də bir nəfər ağır yaralanıb./ Musavat.com


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!