“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

“Saxla” əmrinə tabe olmayan sürücü həbs edildi

Hadisə

09 Avqust 2024 19:58 687


Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.

DİN-in Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, hadisə dünən saat 17:30 radələrində Bakıda baş verib. Yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə “VAZ 2107” markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib. pizza mizza

Görülən tədbirlərlə sürücü 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə gödərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!