Saxlanıldığı deyilən birinci müavin danışdı

saytların hazırlanması

Evə çatdırılma

Saxlanıldığı deyilən birinci müavin danışdı

Hadisə

04 Mart 2024 16:45 1585


Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, həmin məlumatda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədovun saxlanıldığı deyilir. 

Saxlanıldığı deyilən icra başçısının birinci müavini Səməd Tomuyev İcra Hakimiyyətində əməliyyat keçirilməsi xəbərini təkzib edib: Pepperoni pizza

"İşimin başındayam. Təəssüf ki, bəzi informasiya saytlarında həqiqəti əks etdirməyən məlumatlar yer alıb. Bu məlumatlar yalandır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!