Saxta arayış verən həkim barəsində cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Saxta arayış verən həkim barəsində cinayət işi başlanıldı

Kriminal

06 Avqust 2020 13:50 1054


Neftçala rayonunun Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun saxta tibbi arayış verməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Neftçala rayonunun Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanaların birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib. pizza sifarişi

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!