“Şaxta baba” geyimində qəzaya düşən məşhur görün nə etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Şaxta baba” geyimində qəzaya düşən məşhur görün nə etdi - Foto

İdman

27 Dekabr 2019 13:38 1110


"Vest Hem" klubunun (İngiltərə) futbolçusu Miçel Antonio qəza keçirib.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, məşqdən sonra "Şaxta baba" geyimi geyinərək komandanın olduğu otelə gedən futbolçu yolda xoşagəlməz anlar yaşayıb. 

Belə ki, futbolçunun avtomobili yol kənarındakı bir evə çırpılıb. Miçel qəzadan sağlam çıxsa da, maşını zərər görüb və tanınmaz hala düşüb. Yarımmüdafiəçinin meneceri İngiltərə mətbuatına açıqlamasında Antonionun evə verdiyi bütün ziyanı qarşılayacağını söyləyib.  pizza hut

Futbolçu qəzadan sonra "Şaxta baba" geyimi ilə mahnı oxuyub və "İnstagram" hesabında paylaşıb. 

Naibə



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!