Saxta əlillik verən nazirlik əməkdaşlarının məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Saxta əlillik verən nazirlik əməkdaşlarının məhkəməsi başlayır

Kriminal

13 Yanvar 2022 12:55 708


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin ibtidai istintaqı başa çatdırılıb. 

Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumatda bildirilib.

İstintaqla Ağaməhəmməd Hüseynovun 2014-cü ildə 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyərkən öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 16 nəfər şəxsə dair müvafiq sənədlərdə əlilliyin təyini müddəti bir il olduğu halda, həmin qeydləri dəyişib müddətsiz etməsinə, öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmasına, bu qanunsuz əməllərdən xəbərsiz olan Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən saxta sənədlər əsasında daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılaraq 2015-2020-ci illər ərzində ümumilikdə 148 min 460 manat artıq vəsaitin köçürülməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Marqarita pizza

İş üzrə toplanmış sübutlarla Ağaməhəmməd Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilmiş, cinayət işi baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı dövlətə vurulmuş ziyanın bir hissəsinin ödənilməsi təmin olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!