Saxta əsginas hazırlayan dəstə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Saxta əsginas hazırlayan dəstə saxlanıldı

Kriminal

10 Avqust 2022 11:04 1437


Bakıda saxta pul hazırlayaraq dövriyyəyə buraxan şəxslər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, polisə Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əsginaslar verdiyi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin qadın - Rəna Süleymanova tutulub.

Araşdırmalar zamanı saxta pul hazırlayaraq dövriyyəyə buraxmaqda şübhəli bilinən dəstə başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva da tutularaq Polis Bölməsinə gətiriliblər. İsmayıl Quliyevin Nizami rayonunda yaşadığı evə baxış zamanı əlavə olaraq 247 ədəd saxta əsginas aşkar olunub. pizza sifarişi

Saxlanılan şəxslər ifadələrində saxta pulların İsmayıl Quliyevin hazırlandığını bildiriblər. Valeh Novruzov isə icarəyə götürdüyü avtomobillə Rəna Süleymanova və Elnarə İsayevanı müxtəlif yerlərə apararaq alış-veriş zamanı saxta pulların dövriyyəyə buraxılmasını təşkil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!