“Dekabr ayında Təhsil Nazirliyi orta məktəblərdə çalışan psixoloqlar üçün diaqnostik imtahan keçirəcək. Bu olduqca müsbət bir addımdır. Təkliflərimizdən sonra ilk dəfə olaraq Təhsil Nazirliyi keçirəcəyi imtahanın proqram və ədəbiyyat siyahısını təqdim etdi. Amma düşünürəm ki, yenədə bəzi çatışmazlıqlar var”.
“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O, orta məktəblərdə çalışan psixoloqların Diaqnostik qiymətləndirmə (DQ) imtahanından keçirilməsi ilə bağlı bu sözləri qeyd edib:
“Əsas problem diaqnostik imtahanda iştirak edəcək şəxslərin sənədlərinin qeydiyyata alınması ilə bağlı olacaq. Belə ki, qanunvericik aktlarına görə orta məktəblərdə psixoloq kimi çalışan işçilər bu ixtisas üzrə ali təhsillə malik olmalıdır. Lakin məlumdur ki, hal hazırda bu ixtisas üzrə bir təhsili olmayanlar, kurs keçib, ixtisas dəyişib psixoloq kimi işləyənlər var. Onların DQ-da iştirak edib-etməyəcəyi məlum deyil. Pepperoni pizza
İkincisi, ölkənin bütün məktəblərində psixoloq yoxdur. Bu o deməkdir ki, müəllimlərin diaqnostik imtahanı kimi psixoloqların diaqnostik imtahanı bütün bölgə və rayonlarda keçirilməyəcək. Əvvəlki qaydada keçirilsə, hər bölgə, rayonda 30-40 nəfər iştirak edəcək. Belə çıxır ki, psixoloqların DQ imtahanı ya bütün ölkə üzrə Bakı şəhərində keçiriləcək, yada bölgələr üzrə iri, mərkəz şəhərlərdə keçirilə bilər. Misal üçün: Gəncə, Şirvan, Lənkəran, Şəki.
Bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yalnız 64 faizində məktəb psixoloqu var. Yəni məktəblərdə 2500 psixoloq işləyir. Qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. Orta məktəblərdə psixoloq xidmətinin göstərilməsi olduqca vacibdir. Bu gün 30 minə yaxın ailədə ata-ana ayrılıb, əlbəttə bunun da uşaqların psixologiyasına təsiri var. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olub. Ona görə də, onlarla peşəkar səviyyədə və fərdi qaydada psixoloqların çalışması vacibdir.
Mənim psixoloqların diaqnostik imtahanından gözləntim çoxdur. Düşünürəm ki, DQ imtahanından sonra orta məktəblərdə psixoloq xidmətinin göstərilməsində keyfiyyət baxımından da dəyişiklik olacaq.
Belə ki, ilk növbədə onların əmək haqqı artırılmalıdır. İkincisi, orta məktəblərdə psixoloqların sayı ciddi şəkildə azdır. Belə ki, həm 150 şagirdi olan məktəbdə, həm də 2000 şagirdi olan məktəbdə cəmi 1 psixoloqun işləməsi keyfiyyətli xidmət göstərməyə imkan verə bilməz. Nəzərə alsaq ki, 36 faiz məktəbdə ümumiyətlə psixoloq yoxdur, olanların da hamısında keyfiyyətdən tam şəkildə danışa bilmərik, deməli, psixoloqların DQ imtahanından sonra bu istiqamətə ciddi dəyişikliklər edilməlidir”.
Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbdə özünü binadan ataraq intihar etməsi orta məktəblərdəki psixoloq məsələsini də gündəmə gətirmişdi.
Sabrina Eldarqızı
Telegram kanalımız