Sayqak “istilası”:   Fermerlər Putindən yardım istədi

saytların hazırlanması

Evə çatdırılma

Sayqak “istilası”: Fermerlər Putindən yardım istədi

Dünya

03 İyun 2025 17:41 319


Rusiyanın Saratov bölgəsində fermerlər Qazaxıstandan kütləvi şəkildə köç edən sayqakların (sayqaların) əkin sahələrinə vurduğu ziyanla bağlı rəsmi qurumlara və birbaşa Prezident Vladimir Putinə müraciət ediblər.

Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, may ayının sonu etibarilə Qazaxıstandan Rusiya ərazisinə keçən sayqokların sayının 500 minə çatdığı təxmin edilir. Fermerlərin bildirdiyinə görə, bu heyvanların yaratdığı zərər təkcə əkin sahələri ilə məhdudlaşmır — Volqa çayı boyunca yüzlərlə sayqokun boğularaq su mənbələrini çirkləndirdiyi də qeyd olunur.

Saratov bölgəsi Rusiyanın ən böyük taxıl istehsalçılarından biri olaraq kənd təsərrüfatı baxımından strateji əhəmiyyətə malikdir. Hazırda bölgədəki fermerlər vəziyyətdən narahat olduqlarını bildirir və ciddi dəstəyə ehtiyac duyurlar. Sezar pizza

Bununla belə, sayqokların qorunan növ hesab olunması vəziyyəti çətinləşdirir. 1990-cı illərdə nəsli tükənmək təhlükəsi ilə qarşı-qarşıya qalan bu növün ovlanması Rusiya ərazisində qadağan edilib.

Saratov vilayətinin kənd təsərrüfatı naziri məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisəylə əlaqədar xüsusi komitə yaradılıb və fermerlərə dəyən ziyanın hesablanması üçün mexanizm hazırlanır.

Qazaxıstan Taxıl İttifaqının nümayəndəsi Yevgeni Karabanov isə "Reuters" agentliyinə bildirib ki, hazırda ölkədə 4–4,5 milyon sayqak mövcuddur. Bu rəqəm 1990-cı illərlə müqayisədə 180 dəfəyə qədər artım deməkdir. “Miqrasiya sahələri xeyli genişlənib… Heç kim onlardan pasport tələb etmir”, – deyə Karabanov məsələni ironik şəkildə şərh edib.

Fermerlər isə narahatdır. Sayqak populyasiyasının artımı və sərhədlərarası hərəkəti kənd təsərrüfatı sektorunu ciddi təhdid altına alır. 

Qeyd edək ki, Sayqak (latınca Saiga tatarica) Orta Asiya çöllərində yaşayan nadir antilop növüdür. Ən səciyyəvi cəhəti böyük, boruya bənzər burnudur. Bu orqan onun tozlu və quraq mühitdə nəfəs almasını asanlaşdırır. Sayqaklar sürü halında yaşayır və minlərlə kilometr məsafəyə miqrasiya edirlər. 1990-cı illərdə nəsli tükənmək təhlükəsi ilə üzləşsə də, hazırda onların sayı sürətlə artmaqdadır. Rusiya və Qazaxıstanda qorunan növlər siyahısındadır və ovlanmaları qadağandır.

Rəvan Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!