Saytlara maliyyə dəstəyinin məbləği 3 min manatdan 5 min manata qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Saytlara maliyyə dəstəyinin məbləği 3 min manatdan 5 min manata qaldırıldı

Sosial

13 Noyabr 2025 12:32 385


Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb.

“Yeni Sabah” xəbərinə görə, bu gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elanında bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib. Pepperoni pizza

Bundan başqa, digər dəyişikliyə əsasən, onlayn media subyektinin bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.

Xatırladaq ki, daha əvvəl üç işçinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!