Saytlardakı problemlərlə bağlı nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Saytlardakı problemlərlə bağlı nazirlikdən açıqlama

Sosial

02 İyul 2019 18:58 1356


Gün ərzində əksər saytlara girişdə problemlər yaşanıb. Bu barədə sosial şəbəkə istifadəçiləri tərəfindən də paylaşımlar edilib. Problem təxminən 20 dəqiqəyə yaxın davam edib.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu gün yaşanan hal kütləvi xarakter daşımayıb: “İlkin olaraq bildiririk ki, hər bir texniki və server yüklənməsini haker hücumu ilə əlaqələndirmək düzgün deyil. Bu məqsədlə elektron media rəhbərlərinə tövsiyə olunur ki, öz serverlərinin təhlükəsizliyini və yüklənməsini mütəmadi nəzarətdə saxlasınlar. Əks halda informasiya mübadiləsi zamanı istifadəçilərin çoxluq təşkil etdiyi anlarda hostinq və serverlərin işində texniki problemlər, xüsusilə fasilələr yarana bilər. İlkin araşdırmamız göstərdi ki, məhz bu gün yaşanan hal kütləvi xarakter daşımayıb və haker hücumu deyil”.

Məlumatda o da qeyd edilib ki, vəziyyətlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti müvafiq istiqamətdə araşdırmaları davam etdirəcək. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!