Qazax rayon Kosalar kəndində yaşayan məktəbli özünə saz almaq üçün yığdığı pulu tərəddüd etmədən silahlı qüvvələrin yardım fonduna keçirib.
Yenisabah.az xəbər verir ki, Kosalar kəndinin Rüstəmovlar ailəsinin ən kiçik üzvü - babasının adını daşıyan 8 yaşlı balaca Cavanşir hamının Orduya dəstək olduğunu görərək, əsl adına layiq addım atıb. Topladığı vəsaiti silahlı qüvvələrə yardım fonduna keçirib.
“Mənim sazım balaca olduğuna görə pul yığırdım ki, böyük saz alım. Sonra gəldim babama dedim ki, yığdığım 28 manat pulu əsgərlərimizə göndərim, özlərinə isti paltarlar alsınlar. Sonra onlara məktub da yazıb göndərdim”, - deyə Cavanşir bildirib. pizza hut
Balaca Cavanşirin bu nümunəvi addımını eşidib, onun arzusunu reallaşdıran şəxslər də olub. Belə ki, Cavanşirə istədiyi saz hədiyyə edilib.
Səkkiz yaşlı məktəblinin əsgərlərimizə göndərdiyi yardım bu balacanın ürəyinin böyüklüyündən, Vətən sevgisindən xəbər verir. (Azərtag)
Telegram kanalımız