“Səbail” futbol klubu dağılır? – Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Səbail” futbol klubu dağılır? – Açıqlama

İdman

08 Avqust 2019 12:14 3576


Sosial şəbəkələrdə “Səbail”in gələn mövsümdən fəaliyyətinə son qoyacağı ilə bağlı xəbərlər yayılıb. 

Eyni zamanda futbolçuların bu mövsüm kifayət qədər az məbləğ qarşılığında oynayacaqları da gündəm mövzusudur.

 Məsələ ilə bağlı “Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova “Yeni Sabah”a açıqlama verib. O, yayılan xəbərlərin həqiqətə uymadığını söyləyib: Dördpendirli pizza

“Mən məsələ ilə bağlı icraçı drektorla danışdım. O, dedi ki, belə söhbət olmayıb, belə bir şey yoxdur. Yayılanlar yalandır”.

Qeyd edək ki, daha öncə də belə məlumat yayılsa da, klub bunun həqiqət olmadığını bildirmişdi. Məsələnin yenidən gündəmə gəlməsi isə klubda vəziyyətin ürəkaçan olmadığına deməyə əsas verir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!