“Səbail” klubu Şahin Diniyevə təzminat ödəməyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Səbail” klubu Şahin Diniyevə təzminat ödəməyəcək

İdman

14 Noyabr 2024 13:59 491


“Səbail” klubu bir neçə gün öncə baş məşqçi postundan istefa verən Şahin Diniyevə təzminat ödəməyəcək.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə icraçı direktoru Firuz Abdulla məlumat yayıb.

Onun sözlərinə görə, heç bir təzminatdan söhbət gedə bilməz: Toyuqlu pizza

“Təzminatla bağlı məlumatlar həqiqətə uyğun deyil. Şahin Diniyev könüllü istefa verib və klub qarşısında maliyyə məsələləri ilə bağlı hər hansı iddia qaldırmayıb. Yalnız son ayda işlədiyi müddətin əməkhaqqını alacaq. Amma heç bir təzminat iddiası yoxdur”.

58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XII turunun “Səbail” - “Kəpəz” matçından (0:1) sonra istefa verib. Komanda hazırda 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!