“Səbail“ rəsmisi: “Futbolçu həmin an alt paltarını düzəldib“

saytların hazırlanması

Evə çatdırılma

“Səbail“ rəsmisi: “Futbolçu həmin an alt paltarını düzəldib“

İdman

24 May 2023 12:24 1065


"Futbolçu həmin anda uğursuz oturan alt paltarını düzəldib".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu "Səbail"in mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova "Turan Tovuz"la matçda Qoba Zakpanın hərəkəti barədə danışarkən deyib.

Klub rəsmisinin sözlərinə görə, 31 yaşlı portuqaliyalı hücumçu rəqibə və azarkeşlərə hörmət etdiyini söyləyib: "Futbolçu qol vurduqdan sonra sevincini yaşayıb. Sosial şəbəkə hesablarımızda da paylaşım olub. O, həmin vaxt uğursuz oturan alt paltarını düzəldib. Daha sonra növbəti komanda yoldaşından təbriki qəbul edib. Toyuqlu pizza

Həmin zaman alt paltarında problem aşkarlanıb. Bunu özü də dedi. Qətiyyətlə bildirdi ki, bu cür qeyri-etik hərəkət etməz. Bu hadisə baş verəndə aydın şəkildə görünür ki, Qoba Zakpa üzünü nə azarkeşlərə, nə də rəqibə tərəf yönəldib. Oyunçu ilə söhbət aparılıb, bir daha yanlış anlaşılma yaşanmasın deyə ehtiyatlı olmağın lazımlığı bildirilib. Bundan sonra daha ehtiyatlı olacağını söyləyib".

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Paytaxt təmsilçisinin sonuncu qolunu 90+3-cü dəqiqədə Qoba Zakpa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!