“Səbail” “Sabah”a qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Səbail” “Sabah”a qalib gəldi

İdman

08 Aprel 2023 19:54 1056


Misli Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Ötən tur avrokuboklara vəsiqəni təmin edən 2-ci pillədəki "Sabah" autsayder "Səbail"in qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

"Səbail" qələbə qolunu 90+5-ci dəqiqədə vurub və turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Sumqayıt" isə "Neftçi"ni qəbul edəcək.  Toyuqlu pizza

Qeyd edək ki, tura sabah keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.

8 aprel (şənbə)

17:30. “Səbail” – “Sabah” - 2:1 

Qollar: David Qomis, 28,  Zakba 90+5 - Emmanuel Apeh, 75-pen.

Qırmızı vərəqə: Con İrasabal, 59 ("Sabah")

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov

“ASCO Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!