Misli Premyer Liqasının XIX turunun qarşılaşmaları keçirilir.
Yenisabah.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda yerli komanda "Səbail"i qəbul edib.
Oyun qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:0. "Dənizçilər"in qollarını Rüfət Abdullazadə (48,79) vurub. Dominos pizza
Hazırda "Sumqayıt" 20 xalla 6-cı, "Səbail" isə 12 xal toplayaraq 9-cu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Telegram kanalımız