Misli Premyer Liqasında 27-ci tur davam edir.
Yenisabah.az xəbər verir ki, 2-ci oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. "Turan Tovuz" "Səbail"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
Günün digər oyununda "Neftçi" "Kəpəz"i qəbul edəcək. Bu matç isə saat 19:00-da başlayacaq.
16 mart (cümə axşamı)
16:00. “Səbail” – “Turan Tovuz” - 1:1
Qol: David Qomis, 28 (1:0), Turan Vəlizadə, 45 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“ASCO Arena”
Telegram kanalımız