“Səbail“ üzərində qələbə “sumqayıt“lılara 1 200 manat qazandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Səbail“ üzərində qələbə “sumqayıt“lılara 1 200 manat qazandırdı

İdman

10 Fevral 2021 11:11 768


Ölkə kubokunda yarımfinal mərhələsinə vəstqə qazanan "Sumqayıt"ın qazancı məlum olub.

Yenisabah.az xəbər verir ki, evdə məğlub olduğu "Səbail"dən Bayılda 2:1 hesablı revanş götürməklə məqsədinə çatan "kimyaçılar" Riad Rəfiyevdən sevindirici məlumat alıb.

Klub prezident əsas heyət üzvlərinə 1200 manat mükafat vəd edib. Marqarita pizza

"Sumqayıt"da mükafait fondu standartdır. Komanda Premyer Liqada 6 rəqibinin "baş"ına 500 manat ənam qoyub. "Qarabağ" və "Neftçi" ilə oyunlarda isə bu məbləğ iki dəfə artırılır.

Kuboka gəlincə, burada rəqəm 1000 manat olaraq müəyyənləşdirilib. Görünür, "Səbail"lə qarşılaşmaların gərginliyi Rəfiyevi bir qədər insafa gətirib.

"Gənclik şəhəri" təmsilçisi yarımfinalda "Qarabağ"la görüşəcək. Yəqin ki, bu dəfə fond daha da artırılacaq. Hər halda finala çıxmaq mümkün olsa, bu, klub tarixinə ikinci belə hadisə kimi keçəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!