“Səbail”dən yeni transfer

saytların hazırlanması

Evə çatdırılma

“Səbail”dən yeni transfer

İdman

21 Yanvar 2024 20:21 1050


"Səbail" klubu növbəti transferini rəsmiləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Ayub Timbe Masika ilə anlaşıb. Dominos pizza

Premyer Liqa klubu keniyalı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb. O, son dəfə "Nanjinq Siti"nin (Çin) formasını geyinib.

Qeyd edək ki, 32 yaşlı hücumçu karyerası ərzində "Genk", "Lyers", "Ridinq", "Vissel Kobe" və "Buriram Yunayted" kimi klublarda çıxış edib. Keniya yığmasının heyətində 24 oyunda 4 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!