“Səbail”in Cənubi Afrika Respublikasıından olan Hendrik Ekşteyn kluba verdiyi sözü tutmayıb.
Yenisabah.az xəbər verir ki, afrikalı legioner dünən Azərbaycana dönəcəyini vəd etsə də, dediyini yerinə yetirməyib.
Ata-anasının koronavirusa yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini söyləyərək, “Səbail” rəsmilərindən ölkəsinə getməyə icazə alan yarımmüdafiəçi srağagün artıq burada olmalı idi. Toyuqlu pizza
Amma o, yenə müxtəlif bəhanələrlə qayıdış tarixini yubadıb. Ekşteyn bu gün axşam saatlarınadək özünə Bakıya yetirəcəyini deyib. Yəni ki, istənilən halda Premyer Liqanın yeni mövsümünün açılış turunda “Neftçi”yə qarşı forma geyinməyəcək.
Telegram kanalımız