“Səbail”in icraçı direktoru istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

“Səbail”in icraçı direktoru istefa verdi

İdman

20 İyun 2023 15:23 676


Bu gün “Səbail”in Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, icraçı direktor Fərəc Əliyev ötən mövsüm “Səbail”in bir o qədər də uğurlu çıxış etməməsini əsas gətirərək tutduğu vəzifədən istefa verdiyini bildirib. Müşahidə Şurası istefanı qəbul edib. 

Yeni icraçı direktorun təyinatına qədər qeyd olunan vəzifənin icrasının müvəqqəti olaraq Fərəc Əliyev tərəfindən həyata keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.  Marqarita pizza

Xatırladaq ki, "Səbail" Misli Premyer Liqasında 2022-2023 mövsümünü 29 xalla 9-cu pillədə başa vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!