Müğənni Şəbnəm Tovuzlu ARB telekanalında yayımlanan “Ona qalsa” verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, müğənni “YouTube” kanalından əldə etdiyi gəliri açıqlayıb. O, kanalını əmisi oğlunun idarə etdiyini, gəlirinin aylıq 2000-2500 dollar civarında olduğunu bildirib: “Əmim oğlu Ceyhun 2017-ci ildən “YouTube” kanalımı idarə edir. O kanal Ceyhuna verdiyim bacı hədiyyəsidir. Bizim aramızda pul söhbəti ola bilməz. Hər ay kanalım 2000-2500 dollar qazanc gətirir. Ceyhunun əziyyəti çox olub, PR işimi aparıb. Halal xoşu olsun. Mən də toylarımla qazanıram”.
Həmin görüntüləri təqdim edirik: Dominos pizza
Telegram kanalımız