Şəbnəm müğənnilərdən danışdı: “Əksəriyyətinə nifrət edirəm“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm müğənnilərdən danışdı: “Əksəriyyətinə nifrət edirəm“ - Video

Şou

17 May 2021 14:07 1569


“Sosial şəbəkə yaradanların Allah bəlasını versin! Sənin əgər mənə sözün varsa, nömrəmə zəng et. Denən ki, bacı, sən bunu düz etməmisən. Lap telefonda bir-birimizə artıq-əksik deyək, amma bizim aramızda olsun”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu həmkarları haqqında danışarkən deyib.

ARB telekanalında yayımlanan “Hüseynova bacıları” proqramında qonaq olan ifaçı  sosial şəbəkələrdən ünvanlı çıxışlar edənləri sərt şəkildə qınayıb: pizza

“Bu artıq Şəbnəmlə dava deyil, bu insanlara özünü olduğun kimi göstərməkdir. Nə verirlər əlinə? Qaş düzəltdiyin yerdə, vurub göz çıxarırsan. Kim olduğun ortaya çıxır, sənin iç üzün budur. Şou-biznesdə olan sənət dostlarıma deyirəm. Elin gözü tərəzidir, hər kəs bilir kim nədir. Şou-biznesdə əksəriyyətinə nifrət edirəm ki, bu cür özlərinə bəraət qazandırmaq istəyirlər. İnsanları da yorurlar. Özünüzü təsdiqləyirsiniz ki, mən kiməm”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!