Şəbnəm Qəhrəmanova: Biz desək, heç yaxşı olmayacaq!

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Qəhrəmanova: Biz desək, heç yaxşı olmayacaq!

Şou

06 Mart 2025 10:23 884


Şəbnəm Qəhrəmanova “Xəbərin var?” verilişində adının hallandırılmasına sərt münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, müğənnilər barədə deyib: 

“Bu sənətdə heç kimə görə ayaqda qalmamışam. Televiziyada qazandığım hörmət kiminsə dəstəyi ilə deyil, uşaqlıqdan qazandığım dəyərə əsaslanır. Heç bir dostumun, duet ortağımın və ya sənət yoldaşımın hesabına burada deyiləm. Televiziyada mənə yaxın olan insanlar yalnız yanımda olduqları üçün buradadırlar. Marqarita pizza

Qulağıma çatıb ki, bəzi şəxslər efirdə müxtəlif fikirlər səsləndiriblər. Vicdanım rahatdır, heç kimin haqqını tapdalamamış, heç kimin çörəyinə bais olmamışam. Bu gün etdiklərini açıq-aşkar efirdə danışanlara baxanda düşünürəm ki, biz də hər etdiyimizi desək, yaxşı olmaz. Xahiş edirəm, etməyin, eləməyin. Çünki etdiklərimizi danışsaq, heç də yaxşı olmayacaq”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!