Şəbnəm Tapdıq hamını girinc etdi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tapdıq hamını girinc etdi - Video

Şou

05 İyul 2019 07:16 2355


Müğənni Şəbnəm Tapdığın adı ilə bağlı MTRŞ-ya və öz növbəsində də şuranın telekanallara müraciəti ötən gün gündəm oldu. 

“Yeni Sabah” xəbər verir ki, müəlliflik hüquqları tarixində analoqu olmayan bu iddia əksəriyyət tərəfindən qeyri-ciddi bir məsələ kimi qarşılandı. Amma MTRŞ-nin telekanallara məktubu bir sıra suallar ortaya çıxardı. Şura bu məktubu ilə telekanallardan nə tələb edirdi? Məktubda tələb, yoxsa tövsiyə vardı? Əgər Ş. Tapdığın iddiası əsassız idisə, şuranın belə bir məktub göndərməsinə nə ehtiyac vardı?

Bu sualların heç birinə sözügedən məktubda cavab olmadığından dünən günün sonuna kimi mövzu müzakirə olundu. pizza

Nəhayət, bütün günü susan həmin məktubun müəllifi, Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev günün sonunda bu haqda açıqlama verdi. O, "Report”a açıqlamasında deyib ki, Ş.Tapdığın qaldırdığı bu iddia həqiqətən əsassızdır: 

"Niyə əsassızdır? O, adının patentləşdirilməsi ilə bağlı iddia qaldırırdı. Amma biz araşdırdıq və məlum oldu ki, onun adı yox, atasının əsəri patentləşdirilməlidir. Həmin əsərdə də Şəbnəm adı qeyd olunub. Bu, o demək deyil ki, onun adı da patentləşdirilib. Sadəcə olaraq, əsər patentləşdirilib. Burada hər hansı bir qadağadan da söhbət gedə bilməz, hamısı yalan məlumatlardır”.

Qeyd edək ki, Ş.Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etiraz olaraq MTRŞ sədrinə ərizə ünvanlayıb. O, eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini səhnə təxəllüsü ilə reklam etməyi istəyib.

Mövzu ilə bağlı Lider telekanalı da material hazırlayıb. Həmin materialı təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!