Şəbnəm Tovuzlu təyyarə qəzasından sonra bu addımı atdı

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlu təyyarə qəzasından sonra bu addımı atdı

Şou

29 Dekabr 2024 10:12 2469


Müğənni Şəbnəm Tovuzlu bu gün Almaniyada baş tutmalı olan konsertini təxirə salıb.

Yenisabah.az xəbər verir ki, bu haqda danışan sənətçi bunu təyyarə qəzasında dünyasını dəyişənlərə hörmət əlaməti olaraq etdiyini bildirib:

“İlk növbədə bu qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə səbr, yaralılara isə tez zamanda sağalmalarını arzu edirəm. Dördpendirli pizza

Yaşanan bu faciəvi hadisənin fonunda mən konsert verə bilməzdim. Özüm bu gün baş tutmalı olan konsertimi yanvar ayının 11-nə dəyişdim. Konsertin baş tutacağı məkanda biletlər tam satılıb. Bilet alan ailələr var, qrup halında gələn çoxsaylı insanlar var. Narahatdılar. Onları da anlayıram. Az pul ödəməyiblər. Demək istəyirəm ki, narahat olmayın. Həmin biletlərlə yanvar ayının 11-də baş tutacaq konsertimizə gələ bilərsiniz. Konsertimiz elə həmin məkanda baş tutacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şərif
    Görəsən kimin nəyinə lazımdı bu tovuzquşu
    1 year ago