Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıqdan cəhd...

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıqdan cəhd...

Şou

25 Fevral 2024 10:36 1897


Həmkarı və adaşı Şəbnəm Tovuzlu ilə dalaşıb onu "Dünyasını dəyişmiş anam Şəbnəm Tapdıqla rəfiqə imiş" sözlərinə görə məhkəməyə verən müğənni Şəbnəm Tapdıq efirdə barışığa cəhd göstərib.

Hadisə sənətçinin qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı yayımında yaşanıb.

Sözügedən proqramda Tovuzlunu məhkəməyə verdiyi olaya görə ekspertlərin tənqidi ilə üzləşən Tapdıq geri addım atıb. pizza hut

Belə ki, əlinə mikrofon alan Şəbnəm Tapdıq ayağa qalxaraq qarşı tərəflə barışmaq istədiyini vurğulayıb:

"Mənim o qıza (Şəbnəm Tovuzlunu nəzərdə tutur - red.) yaşadığı taleyi və həyatına görə rəhmim gəlir. Məhkəmə məsələsinə artıq nöqtə qoyulub. Onu efir vasitəsi ilə öpürəm, qoy sakit otursun. Allah onun atasına kömək olsun. Lazim olsa onu bu verilişə də gətirərsən. Gör bu adam məni nə qədər çox istəyib ki, öz adını (Şəbnəm Tapdıq iddia edir ki, Şəbnəm Tovuzlunun əsl adı Aygündür) kənara qoyub, mənim adımı özünə götürüb (ağlayır). Ürəyim yuxadır. Hər zaman Şəbnəm Tovuzlunu görəndə əlimi onun boynuna sarımışam, məni ağlamaq tutub. Məndən aslı deyil". (bizim.media)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə İsgəndərova
    Şəbnəm Tapdığı ALLAH can sağlığı və uzun ömür VERSİN. ALLAH bizim ürəyimizdən Mərhəməti əskik etməsin. Bir birimizi bağışlayaqki, ALLAH'DA bizi BAĞIŞLASIN. ÇOX GÖZƏL HƏRƏKƏTDİ.????????☝????
    2 years ago