Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti bitdi - Parlament seçkiləri

saytların hazırlanması

Evə çatdırılma

Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti bitdi - Parlament seçkiləri

Siyasət

05 Yanvar 2020 13:08 960


Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 5-dək olan dövrü əhatə edib.(APA) pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!