Seçicilərin 99.99 faizi səsverməyə gəldi -   Amma Kim Çen In deputat seçilmədi

saytların hazırlanması

Evə çatdırılma

Seçicilərin 99.99 faizi səsverməyə gəldi - Amma Kim Çen In deputat seçilmədi

Dünya

19 Mart 2026 12:38 474


Şimali Koreyada Ali Xalq Məclisinə - parlamentə keçirilən seçkilər başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, ölkənin dövlət agentliyi – KCNA səsvermənin yüksək fəallıq şəraitində baş tutduğunu və seçicilərin təxminən 99.99 faizinin prosesdə iştirak etdiyi barədə xəbər yayıb.

Rəsmi nəticələrə əsasən, Koreya Fəhlə Partiyası qalib gəlib. Parlamentə 687 deputat seçilib və namizədlərin böyük əksəriyyəti 99 faizdən çox səs toplayaraq mandat qazanıb. Pepperoni pizza

Seçkilərdə diqqət çəkən məqamlardan biri Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin (ölkə rəhbəri) sədri Kim Çen Inın bacısı Kim Yo Çjonun da namizəd olmasıdır. O, 5 saylı Kallimgil seçki dairəsindən namizədliyini irəli sürərək qalib gəlib və bununla da ailə daxilində siyasi təsirini daha da gücləndirib.

Ölkə lideri Kim Çen In özü isə bu seçkilərdə namizəd olmayıb. Bununla belə, onun yaxın zamanda yenidən Dövlət İşlərinin sədri vəzifəsinə təyin ediləcəyi gözlənilir.

Şimali Koreyada seçki sistemi özünəməxsus xüsusiyyətləri ilə seçilir. Belə ki, hər seçki dairəsindən, adətən, yalnız bir namizəd irəli sürülür və seçicilər həmin namizədi ya təsdiqləyir, ya da rədd edir. Bu səbəbdən nəticələrdə yüksək səs faizi qeydə alınır.

Qeyd edək ki, Koreya Ali Xalq Məclisi formal olaraq qanunverici orqan funksiyasını yerinə yetirsə də, əsas siyasi qərarlar hakim Koreya Fəhlə Partiyası tərəfindən müəyyən edilir. Yeni seçilmiş parlamentin ilk iclasının martın 22-də keçirilməsi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!